DİN 2023-cü il antiterror tədbirlərində iştirakı ilə bağlı paylaşım edib- VİDEO

DİN 2023-cü il antiterror tədbirlərində iştirakı ilə bağlı paylaşım edib-

DİN-in antiterror əməliyyatında göstərdiyi şücaətlə bağlı paylaşım yayımlandı

Azmedia.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi 2023-cü ilin sentyabrında Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirlərində qurumun hərbi qulluqçuları və polis əməkdaşlarının iştirakı ilə bağlı paylaşım edib.

Paylaşımda bildirilib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələlərindən olub.

DİN qeyd edib ki, həmin döyüşlər zamanı nazirliyin hərbi qulluqçuları və polis əməkdaşları qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıq, cəsarət və fədakarlıqla yerinə yetiriblər.

Paylaşımda vurğulanıb ki, şəhidlərin qəhrəmanlığı, qazilərin göstərdiyi şücaət və hərbi qulluqçuların əzmkarlığı Azərbaycanın Zəfər salnaməsində əbədi yer tutur.

Qeyd edək ki, üç il əvvəl, sentyabrın 20-də saat 13:00-da Azərbaycan Ordusunun ölkənin suverenliyinin bərpası məqsədilə Qarabağda başladığı lokal xarakterli antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin bölgədəki birləşmələrinin silahı yerə qoyması və Azərbaycan tərəfinin şərtlərini qəbul etməsi ilə nəticələnib.

Sentyabrın 19-da başlayan antiterror tədbirləri qarşıya qoyulan məqsədlərə qısa müddətdə nail olunduqdan sonra, ümumilikdə 23 saat 50 dəqiqə ərzində dayandırılıb.