“ARSENAL” ÇEMPİONLUĞUN ƏN GÜCLÜ NAMİZƏDİ KİMİ GÖSTƏRİLİR

“ARSENAL” ÇEMPİONLUĞUN ƏN GÜCLÜ NAMİZƏDİ KİMİ GÖSTƏRİLİR

“Arsenal” 2026/27 mövsümündə Premyer Liqa çempionluğunun əsas favoritləri sırasında ilk pillədə qərarlaşıb.

Azmedia.Az xəbər verir ki, Polymarket-in proqnoz bazarında yeni mövsüm üçün çempionluq şansları açıqlanıb. Paylaşılan göstəricilərə əsasən, “Arsenal” 40 faizlə ilk sırada yer alıb.

Siyahıda “Arsenal”ı “Mançester Siti” – 27 faiz, “Liverpul” – 13 faiz, “Mançester Yunayted” – 11 faiz“Çelsi” – 9 faiz izləyir.

Premyer Liqanın əsas favoritləri:

🔴 Arsenal – 40%
🔵 Mançester Siti – 27%
🔴 Liverpul – 13%
🔴 Mançester Yunayted – 11%
🔵 Çelsi – 9%

Qeyd edək ki, “Arsenal” ötən mövsüm 22 illik fasilədən sonra Premyer Liqa çempionluğuna sahib olub və 2026/27 mövsümünə titulun əsas favoritlərindən biri kimi başlayır. Komandanın baş məşqçisi Mikel Arteta isə çempionluğu qorumaq və klubun uğurlu dövrünü davam etdirmək istəyir. 

Polymarket-in hazırkı göstəricilərində də “Arsenal” təxminən 39,5 faizlə liderliyini qoruyur; “Mançester Siti” 26,5 faiz, “Liverpul” 12,5 faiz, “Mançester Yunayted” 10,5 faiz və “Çelsi” 9,5 faizlə sıralanır. 

Bəs “Arsenal” Artetanın rəhbərliyi altında ikinci dəfə ardıcıl Premyer Liqa çempionu ola biləcək?