Şəkidə faciəvi şəkildə ölən Ucalla bağlı təsirli fakt üzə çıxdı
Ötən gün Şəkidə yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanat yolunda trosun qırılması nəticəsində iki nəfər həyatını itirib.
Azmedia.Az xəbər verir ki, ölən şəxslərdən biri - Ucal Asif oğlu Bayramov - faciədən cəmi bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş.
Qeyd edək ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Ucal Asif oğlu Bayramov hadisə yerində həlak olublar.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.//bakupost


