Pensiyalarla bağlı YENİ MƏLUMAT: Sabah Bakı, Abşeron və Sumqayıt üzrə ödəniş ediləcək

Pensiyalarla bağlı YENİ MƏLUMAT: Sabah Bakı, Abşeron və Sumqayıt üzrə ödəniş ediləcək

Sentyabrın 11-də Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulur.

Azmedia.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə cari ayın pensiyalarının ödənilməsi planlaşdırılır.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay üzrə müəyyən edilmiş qrafikə uyğun şəkildə ödəniləcək.