Sumqayıtda Şəhid Ramiz Cəfərov küçəsində çökən yol hissələri asfaltlandı- FOTO-VİDEO

Sumqayıtda Şəhid Ramiz Cəfərov küçəsində çökən yol hissələri asfaltlandı-

Sumqayıt şəhərində yol infrastrukturunda yaranmış problem aradan qaldırılıb. Şəhid Ramiz Cəfərov küçəsinin Dəmiryolu vağzalı istiqamətində çökən yol hissələrinə bu gün asfalt örtüyü çəkilib.

Azmedia.Az xəbər verir ki, bir müddət əvvəl Şəhid Ramiz Cəfərov küçəsinin Dəmiryolu vağzalı istiqamətində yerləşən yolun ayrı-ayrı hissələrində çökmələr müşahidə olunub.

Yol örtüyündə yaranmış çökəkliklər nəqliyyat vasitələrinin hərəkəti zamanı narahatlıq yaradır, həmçinin yol hərəkətinin təhlükəsizliyi baxımından müəyyən çətinliklər meydana gətirirdi.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilərək sözügedən ərazidə yolun çökən hissələrinə asfalt örtüyünün çəkilməsi xahiş olunub.

Bu gün isə həmin küçədə müvafiq asfaltlama işləri həyata keçirilib və çökən yol hissələri bərpa olunub.

Görülən işlər nəticəsində yolun hərəkət üçün yararsız vəziyyətdə olan hissələrinin aradan qaldırılması təmin edilib.

Sözügedən ərazidə aparılan təmir işləri həm sürücülərin, həm də yolun gündəlik istifadəçilərinin rahat və təhlükəsiz hərəkətinə şərait yaradacaq.

Əli Şəyəldiyev

Azmedia.Az