Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri ÖLDÜ - VİDEO
Bakıda gənc oğlanın dəm qazından zəhərlənib ölməsi, yeniyetmənin isə zəhərlənməsi üzrə araşdırma aparılır.
Bu barədə Azmedia.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, aprelin 28-də paytaxtın Xətai rayonu ərazində yerləşən evlərdən birində 19 yaşlı Yusuf Atalayın dəm qazından zəhərlənərək ölməsi, 14 yaşlı yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Xətai rayonu, R.Bağırov küçəsi, ev 30-da dəm qazından zəhərlənən şəxsin vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 28-də saat 21:50 -də 2012-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
"Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və ilkin tibbi xidmətlər göstərilib. İxtisaslı tibbi xidmətin göstərilməsindən imtina edilib", - deyə məlumatda bildirilib.


