Bakının iki qəsəbəsində qaz kəsiləcək- 10:00dan

Bakının iki qəsəbəsində qaz kəsiləcək-

Bakının bəzi ərazilərində təmir işləri ilə əlaqədar qazın verilişində müvəqqəti fasilə yaranacaq.

Azmedia.Az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin məlumatına əsasən, avqustun 13-də saat 10:00-dan etibarən Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrində təbii qazın verilişi dayandırılacaq.

Qaz təchizatında yaranacaq fasilə təmir-quraşdırma işləri başa çatanadək davam edəcək.

İşlərin yekunlaşmasından sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.