Bakının mərkəzində mənzildə yanğın baş verib-
Bakının Səbail rayonunda mənzildə yanğın baş verib. Hadisə zamanı alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.
Azmedia.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsində yerləşən mənzillərdən birində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə qüvvələri cəlb edilib.
Yanğın qısa müddətdə söndürülüb və genişlənməsinə imkan verilməyib.


