Bərdədə ağır yol qəzası: ölən var
Bərdədə ağır yol qəzası olub, ölən var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Mehdixanlı kədi ərazisində baş verib. 1993-cü il təvəllüdlü Həsənov Nadir Rəşid oğlunun idarə etdiyi "VAZ"2107 markalı avtomobil idarəetməni itirərək yol kənarındakı su arxına düşüb. Hadisə nəticəsində sürücü Nadir Həsənov ağır xəsarət alıb, 1996-cı il təvəllüdlü sərnişin Həsənova Pəri Mahir qızı isə ölüb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


