“Fənərbağça” Bakıda! Azarkeşlər İstanbul klubunu belə qarşıladı- VİDEO

“Fənərbağça” Bakıda! Azarkeşlər İstanbul klubunu belə qarşıladı-

Türkiyənin “Fənərbağça” klubu “Turan Tovuz”la keçirəcəyi yoldaşlıq oyunu üçün bu gün Bakıya gəlib. İstanbul təmsilçisi Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Azmedia.Az xəbər verir ki, “Fənərbağça” futbol komandası “Turan Tovuz”la keçiriləcək yoldaşlıq görüşü üçün bu gün Azərbaycan paytaxtına təşrif buyurub.

İstanbul təmsilçisinin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Komandanı qarşılamaq üçün hava limanına toplaşan azarkeşlər “Fənərbağça”ya böyük maraq göstərib və futbolçuları coşqu ilə qarşılayıblar. 

Qeyd edək ki, “Turan Tovuz” – “Fənərbağça” qarşılaşması 3 oktyabr saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş üçün artıq 25 minə yaxın bilet satılıb və matça marağın yüksək olduğu bildirilir. 

Qarşılaşmanı azərbaycanlı hakim Rəvan Həmzəzadə idarə edəcək.