Gələn həftədən qadınlar da 65 yaşda pensiyaya çıxacaqlar

Gələn həftədən qadınlar da 65 yaşda pensiyaya çıxacaqlar

Azərbaycanda qadınların pensiya yaşı növbəti həftədən daha 6 ay artırılacaq.

Azmedia.Az xəbər verir ki, iyulun 1-dən etibarən qadınlar üçün pensiyaya çıxma yaş həddi 65 olacaq və bununla da kişilərlə eyniləşəcək. Qanuna əsasən, yaşa görə əmək pensiyası almaq üçün vətəndaşın ya kifayət qədər pensiya kapitalı, ya da ən azı 25 il sığorta stajı olmalıdır.//trend