Göyçayda avtoxuliqanlıq edən sürücülər həbs olunub - VİDEO

Göyçayda avtoxuliqanlıq edən sürücülər həbs olunub -

Göyçayda avtoxuliqanlıq edən sürücülər həbs olunub.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumatına görə, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər zamanı avtoxuliqanlıq edən sürücülər Nihat Rəhimli, Cavidan Sədiyev və Cahid Məmmədov saxlanılıb. Onlar idarə etdikləri avtomobillərlə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozublar. Sürücülər barəsində protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslərin sürücülük hüququ məhdudaşdırılmaqla inzibati qaydada həbs olunublar.

Ehtiram Muradov

Azmedia.Az