Göygöldə qadın özünü qayadan ataraq öldürüb

Göygöldə qadın özünü qayadan ataraq öldürüb

Göygöl rayonunda intihar hadisəsi baş verib.

Azmedia.Az-ın məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndindən Şəhriyar kəndinə gedən yoldakı qayalıq ərazidə qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Aygün Xalıq qızı Yusibova özünü qayadan ataraq həyatına son qoyub.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.//report