İmişlidən Bakıya gəlirdilər: Lökbatandakı ağır qəzada ölənlərin adları məlum oldu- FOTO

İmişlidən Bakıya gəlirdilər: Lökbatandakı ağır qəzada ölənlərin adları məlum oldu-

Bakının Qaradağ rayonunda yük avtomobilinin aşması ilə nəticələnən qəza dörd nəfərin həyatına son qoyub. Hadisə zamanı xəsarət alan daha bir sərnişin xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir. Baş verən ağır yol qəzasında həyatını itirən şəxslərin kimliyi müəyyənləşib.

Azmedia.Az xəbər verir ki, hadisə ilə bağlı yayılan məlumata əsasən, Laçın rayonunun Kamallı kəndində daimi qeydiyyatda olan, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsində yaşayan 1985-ci il təvəllüdlü Xudayar Əhliman oğlu Səmədov “Mercedes Atego” markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İmişli rayonundakı mal bazarından paytaxta qayıdırmış. Məlumata görə, sürücü Bakı-Ələt yolunda idarəetməni itirib və nəticədə yük maşını aşıb.

Qəza nəticəsində sürücü Xudayar Səmədov, eləcə də sərnişinlər — Laçın rayonunun Kamallı kəndindən olan, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Qarabağ küçəsində məskunlaşmış 1972-ci il təvəllüdlü İzahat Mətləbxan oğlu Məmiyev, Xətai rayonu, Mirzə Davud küçəsində yaşayan 1978-ci il təvəllüdlü Rahib Muradxan oğlu İsfəndiyarov və Laçın rayonunun Qarakeçdi kənd sakini, müvəqqəti olaraq Bakı şəhərində, Neftçilər parkı adlanan ərazidə məskunlaşmış 1981-ci il təvəllüdlü Vüqar Telman oğlu Hüseynov hadisə yerində həyatlarını itiriblər.

Qəza zamanı xəsarət alan digər sərnişin 1984-cü il təvəllüdlü Alyoşa Vəzir oğlu Bəşirovdur. Laçın rayonunun Qarakeçdi kənd sakini olan və müvəqqəti olaraq Sumqayıt şəhərində, Stansiya Sumqayıt adlanan ərazidə yaşayan Bəşirov ağır xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.