Yevlaxda dəhşətli yanğın: 13 iri, 60 xırdabuynuzlu heyvan və ev-eşik külə döndü – 6 nəfərlik ailə evsiz qaldı- FOTO

Yevlaxda dəhşətli yanğın: 13 iri, 60 xırdabuynuzlu heyvan və ev-eşik külə döndü – 6 nəfərlik ailə evsiz qaldı-

Yevlaxda fərdi təsərrüfatda baş verən güclü yanğın nəticəsində böyük maddi ziyan qeydə alınıb. Bir ev, tövlə, çoxsaylı heyvanlar və yüzlərlə ot presi yanaraq məhv olub. Hadisə zamanı ailə başçısı da yanıq xəsarətləri alıb.

Azmedia.Az xəbər verir ki, hadisə Yevlax rayonunun Tanrıqulular kəndində, kənd sakini Fazil Cümşüdova məxsus fərdi təsərrüfatda baş verib.

Ərazidən keçən yüksək gərginlikli elektrik xəttində yaranan qısaqapanma nəticəsində həyətdə yerləşən ikiotaqlı ev, tövlə, quşçuluq hini, 13 baş iribuynuzlu, 60 baş xırdabuynuzlu heyvan, xeyli sayda ev quşu və 1500 ədəd ot presi tamamilə yanaraq külə dönüb.

Nəticədə altı nəfərlik ailə evsiz və əmlaksız qalıb. Ailənin sənədlərinin də yanğın zamanı məhv olduğu bildirilir.

Ehtiram Muradov

Azmedia.Az