Azərbaycanda sərnişin avtobusu aşdı: 11 nəfər xəstəxanaya yerləşdirildi – FOTO
Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Azmedia.Az xəbər verir ki, Ordubad rayonunda sərnişin avtobusunun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Dırnıs kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, qəza zamanı 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.




