Mingəçevirdə 21 yaşlı gənc atdan yıxılıb, vəziyyəti ağırdır

Mingəçevirdə 21 yaşlı gənc atdan yıxılıb, vəziyyəti ağırdır

Mingəçevirdə 21 yaşlı gənc atdan yıxılıb, vəziyyəti ağırdır

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Mingəçevir şəhərinin Energetik yaşayış massivi ərazisində baş verib. 2005-ci il təvəllüdlü Allahverdiyev Amil Zöhrab oğlu at belində olarkən müvazinətini itirərək yerə yıxılıb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az