Mingəçevirdə avtomobil kanala aşdı: Xəsarət alan var - FOTO
Mİngəçevirdə avtomobil su kanalına düşüb, yaralanan var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə "Tərəvəzçilik" yaşayış massivi ərazisində baş verib. İdarəetmədən çıxan "Toyota" markalı avtomobil yol kənarındakı su kanalına düşüb. Hadisə yerinə cəlb olunan FHN-nin xilasetmə briqadası köməksiz və sıxılmış vəziyyətdə olan yaralı sürücünü xilas edərək həkim briqadasına təhvil verib. Yaralı sürücünün kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
Azmedia.Az


