Mingəçevirdə "Kürü keçək?!" respublika üzgüçülük yarışması start götürüb - FOTOLAR

Mingəçevirdə "Kürü keçək?!" respublika üzgüçülük yarışması start götürüb -

Mingəçevirdə beşinci "Kürü keçək?!" respublika üzgüçülük yarışması start götürüb

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, artıq ənənəvi xarakter alan yarışma Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilir.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən açıq suda üzgüçülük yarışına 616 iştirakçı qatılıb.

İştirakçılar 350 və 1000 metr məsafələrdə güclərini sınayacaqlar. Qeyd edək ki, yarışın beşinci dəfə keçirilməsinə baxmayaraq, 1000 metr məsafəyə üzmə yarışı ilk dəfə təşkil olunur. Bu məsafədə 111 iştirakçı mübarizə aparacaq. Digər iştirakçılar isə 350 metr məsafədə yarışacaqlar.

Qısa müddət sonra 350 metr məsafəyə üzmə yarışına da start veriləcək.

"Kürü keçək?!" son illərdə Azərbaycanda açıq suda üzgüçülük üzrə ən böyük kütləvi idman layihələrindən birinə çevrilib. Layihənin əsas məqsədi sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, onların daha geniş yayılması və inkişaf etdirilməsidir.

Ehtiram Muradov

Azmedia.Az