Mingəçevirdə yol qəzası - Yaşlı piyadanı avtomobil vurdu
Mingəşevirdə yaşlı piyadanı avtomobil vurub.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib.Toyoto markalı avtomobil yolu keçmək istəyən 1955-ci il təvəllüdlü piyada Eldar Salmanlını vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı piyada təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


