Mingəçevirdə yolu keçmək istəyən piyadanı maşın vurdu - VİDEO
Mingəçevirdə piyadanı avtomobil vurub
Azmedia.Az-ın məlumatına görə, hadisə Mingəçevir şəhərinin M. Maqomayev prospektində baş verib. İlkin məlumata əsasən, avtomobil yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Atababayev Nəsir Əli oğlunu vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, o, dönər ustası kimi fəaliyyət göstərir. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


