Mingəçevirli şahmatçı - Dünya çempionu oldu - FOTO
Mingəçevirli şahmatçı Dünya çempionu oldu
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, qələbə xəbəri bu gün İtaliyanın Montesilvano şəhərində keçirilən yeniyetmələr arasında şahmat üzrə Dünya birinciliyindən gəlib.
Mingəçevir Şahmat Məktəbinin yetirməsi, Azərbaycan çempionu Zəhra Allahverdi möhtəşəm uğura imza ataraq 14 yaşlı qızlar arasında Dünya çempionu olub. O, yarışda keçirdiyi 11 turda 9 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və qızıl medal qazanıb.
Qeyd edək ki, İtaliyanın Montesilvano şəhərində təşkil olunan Dünya birinciliyində 14, 16 və 18 yaş qrupları üzrə 86 ölkədən şahmatçılar mübarizə aparıblar.


