Nepalda təbii fəlakət ağır nəticələrə səbəb olub: 900-dən çox ölən var-

Nepalda təbii fəlakət ağır nəticələrə səbəb olub: 900-dən çox ölən var-

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 903 nəfərə çatıb. Fəlakət bölgələrində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Azmedia.Az xəbər verir ki, bu barədə Nepalın Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin yaydığı son hesabatda bildirilib.

Məlumata görə, indiyədək 903 nəfərin meyiti aşkarlanıb, 10 461 nəfər isə xilas edilib.

Təbii fəlakət nəticəsində təxminən 4 200 nəfərin itkin düşdüyü bildirilir. İtkinlər arasında 592 əcnəbinin olduğu qeyd olunur.

Bundan əlavə, hidroenergetika obyektlərində çalışan ən azı 933 işçinin yeraltı tunellərdə qala biləcəyi ehtimal edilir. Xilasetmə qrupları həmin şəxslərin tapılması üçün ərazidə axtarışlarını davam etdirirlər.

Qeyd edək ki, Nepal və Çin sərhədində baş verən daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı ilə bağlı gün ərzində bir neçə dəfə yenilənmiş məlumatlar açıqlanıb. Son göstəricilər fəlakətin miqyasının əvvəlki rəqəmlərdən daha geniş olduğunu göstərir.