Qəbələdə yol qəzasında piyada həyatını itirib

Qəbələdə yol qəzasında piyada həyatını itirib

Qəbələdə baş verən ağır yol qəzası piyadanın ölümü ilə nəticələnib.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumatına görə, hadisə dünən saat axşam saatlarında, Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Rabil Abdullayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 16 yaşlı Yusif Əhmədlini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 
Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az