Rafinyadan möhtəşəm nəticə: Mbappeni geridə qoyaraq La Liqanın ən yaxşısı seçildi
“Barselona”nın hücumçusu Rafinya sentyabr ayında La Liqanın ən yaxşı futbolçusu seçilib. Braziliyalı futbolçu səsvermədə Kilian Mbappe də daxil olmaqla digər namizədləri geridə qoyub.
Azmedia.Az xəbər verir ki, “Barselona” futbol klubunun hücumçusu Rafinya sentyabr ayı üçün La Liqada ayın oyunçusu seçilib.
Bu barədə La Liqanın mətbuat xidməti öz rəsmi saytında məlumat yayıb.
Ötən ay Rafinya La Liqanın dörd oyununda iştirak edib, yeddi qol vurub və iki məhsuldar ötürmə edib.
Hücumçu “Valensiya”nın qapısına qol vurub, “Rasinq” və “Sevilya” ilə keçirilən matçlarda isə het-trik edib.
Səsvermədə Rafinya “Real Madrid”in futbolçusu Kilian Mbappeni, “Atletiko Madrid”in hücumçusu Conatan Devidi, “Rayo Valyekano”nun futbolçusu Serxio Kamelyonu və “Elçe”nin hücumçusu Fera Ninyonu geridə qoyub.
Qeyd edək ki, braziliyalı futbolçu cari çempionatda avqust ayı üçün də ən yaxşı oyunçu seçilmişdi. O bu mövsüm la liqada 7matçda 12 qol 3 asistlə yadda qalıb.


