Sumqayıtın 11-ci mikrorayonunda gecə saatlarında işıqlar söndü – Səbəb məlum oldu FOTO

Sumqayıtın 11-ci mikrorayonunda gecə saatlarında işıqlar söndü – Səbəb məlum oldu

Sumqayıt şəhərinin 11-ci mikrorayonunun bəzi ərazilərində ötən gecədən etibarən elektrik enerjisinin verilişində fasilə yaranıb. Ərazidə işıqların qəfil sönməsinə səbəb transformatorla bağlı nasazlıq olub.

Azmedia.Az xəbər verir ki, yaranmış problemlə bağlı “Azərişıq” əməkdaşlarına məlumat verilib. Müraciətdən sonra əraziyə baxış keçirilib və elektrik enerjisinin verilişində fasilənin transformatorunda yaranan nasazlıqla əlaqəli olduğu müəyyən edilib.

Aşkar olunan problem aradan qaldırıldıqdan sonra ərazidə elektrik enerjisinin verilişi bərpa olunub.

Əli Şəyəldiyev 

Azmedia.Az