Tailandda məktəbdə silahlı insident: 7 ölü, 15 yaralı - VİDEO

Tailandda məktəbdə silahlı insident:

Tailandın paytaxt Banqkokun şimalında yerləşən Nontxaburi əyalətindəki məktəbdə baş verən silahlı insident nəticəsində 7 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Azmedia.Az xəbər verir ki, bu barədə “Khaosod” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisəni törədən şagird sonra intihar edib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.