SON DƏQİQƏ : Xətai rayonundakı yanğınla bağlı polis əraziyə cəlb olunub - FOTOLAR

SON DƏQİQƏ : Xətai rayonundakı yanğınla bağlı polis əraziyə cəlb olunub -

Bakının Xətai rayonunda baş verən yanğınla bağlı polis və FHN əməkdaşları hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Azmedia.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Həmçinin yanğınla bağlı polis əməkdaşları əraziyə cəlb ediliblər.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.