SON DƏQİQƏ: Azərbaycan-Ermənistan sərhədində zəlzələ baş verib – AÇIQLAMA
Azərbaycan-Ermənistan sərhədinin Ermənistan ərazisinə düşən hissəsində zəlzələ qeydə alınıb.
Azmedia.Az xarici mənbəyə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu bölgədə qeydə alınan yeraltı təkanlarla bağlı məlumatı yeniləyib.
Yenilənmiş məlumata əsasən, zəlzələnin maqnitudası 3,9 olub.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 23:11-də, Gədəbəy stansiyasından 53 kilometr cənubda qeydə alınıb.
Qeyd edək ki, ilkin açıqlamada Azərbaycan-Ermənistan sərhədində, Ermənistan ərazisində 3,8 maqnitudalı zəlzələnin baş verdiyi bildirilmişdi.
İlkin məlumata görə, zəlzələ Bakı vaxtı ilə saat 23:29-da, 7 kilometr dərinlikdə qeydə alınıb.


