Azərbaycan nefti bahalaşdı: bareli 92 dollardan yuxarıdır
Dünya bazarında Azərbaycan neftinin əsas ixrac markalarından olan “Azeri Light”ın qiymətində artım qeydə alınıb.
Azmedia.Az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,58 ABŞ dolları və ya 0,63 faiz artaraq 92,89 ABŞ dollarına çatıb.
Bununla da Azərbaycan neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,58 dollar yüksəlib. Əvvəlki qiymət 92,31 ABŞ dolları olub.
Qeyd edək ki, “Azeri Light” markalı neftin qiyməti dünya bazarındakı dəyişikliklərdən asılı olaraq gündəlik əsasda fərqlənə bilir.


