Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov vəfat edib
Azərbaycanın sabiq daxili işlər naziri, Birinci Qarabağ müharibəsi veteranı Vaqif Novruzov 86 yaşında dünyasını dəyişib.
Azmedia.Az xəbər verir ki, Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov bu gün səhər saatlarında 86 yaşında vəfat edib.
Məlumata görə, Vaqif Novruzov peşəkar fəaliyyətinin əsas hissəsini hüquq qaydalarının qorunmasına və dövlət xidmətinə həsr edib.
O, 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.
Vaqif Novruzov 1991-ci il avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Ali Sovetin Bəyannaməsini imzalayan deputatlar sırasında yer alıb.
O, həmçinin Birinci Qarabağ müharibəsinin veteranı olub.
Vaqif Novruzov 1993-cü ilin iyulunda Azərbaycanın daxili işlər naziri vəzifəsinə təyin edilib. O, bu vəzifədə 1994-cü il aprelin 29-dək çalışıb.


