Bakıda 9 avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirildi – YENİ SXEM

Bakıda 9 avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirildi –

Bakının Həsən Seyidbəyli küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Azmedia.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məhdudiyyətlə əlaqədar 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti yeni sxem üzrə təşkil edilib.

Belə ki, avtobuslar Azərbaycan prospekti – Şəmsi Bədəlbəyli küçəsi – Füzuli küçəsi – Abdulla Şaiq küçəsi – Nəriman Nərimanov prospekti – Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edəcək.

Bundan başqa, 6, 10, 31, 37, 77 və 205 nömrəli marşrutların “İçərişəhər” metrostansiyası istiqamətində hərəkəti Parlament prospekti ilə təşkil olunub.