Bir dövrün sonu: Lionel Messi Argentina millisində karyerasını başa vurduğunu açıqladı-

Bir dövrün sonu: Lionel Messi Argentina millisində karyerasını başa vurduğunu açıqladı-

Dünya futbolunun əfsanələrindən Lionel Messi Argentina milli komandasında çıxışını başa vurmaq qərarına gəlib.

Azmedia.Az xəbər verir ki, argentinalı ulduz uzun müddət düşündükdən sonra bu qərarı qəbul etdiyini və bunun onun üçün olduqca ağrılı olduğunu bildirib.

Messi açıqlamasında milli komandada keçirdiyi 20 illik dövrə toxunaraq forma uğrunda hər zaman əlindən gələni etdiyini vurğulayıb.

“Finaldan sonra baş verənlər və uzun düşüncələrdən sonra hər kəsə bildirmək istəyirəm ki, milli komandadakı karyeramı başa vururam. Bu, ağrılı və hələ də ağrısını hiss etdiyim qərardır. Amma başa düşürəm ki, indi bunun üçün ən doğru zamandır”, – Messi qeyd edib.

O, Argentina millisində oynamağı həmişə sevdiyini bildirərək qarşıdakı dövrdə komandanın oyunlarını tribunadan izləyəcəyini və milli komandaya kənardan dəstək verəcəyini söyləyib.

Futbolçu ailəsinə, məşqçilərinə, komanda yoldaşlarına və karyerası ərzində onunla çalışan bütün şəxslərə təşəkkür edib.

Messi həmçinin özünü sakit və qürurlu hiss etdiyini, Argentina ilə birlikdə yaşadığı uğurların onun üçün “nağıla bənzər anlar” olduğunu bildirib.

Qeyd edək ki, Lionel Messi Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi, 2022-ci ildə Finalissima çempionu, 2008-ci ildə isə Olimpiya çempionu olub.