Sahil Babayevdən YENİ TƏYİNAT – Nazirlikdə şöbə müdiri vəzifəsini dəyişdi

Sahil Babayevdən YENİ TƏYİNAT – Nazirlikdə şöbə müdiri vəzifəsini dəyişdi

Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumda rəhbər dəyişikliyi olub.

Azmedia.Az xəbər verir ki, bu barədə Report məlumat yayıb.

Məlumata görə, Maliyyə Nazirliyinə məxsus “Rəqəmsal Maliyyə Mərkəzi” MMC-yə direktor təyin edilib. Nazir Sahil Babayevin müvafiq əmri ilə bu vəzifəyə Nurlan Soltanov gətirilib.

Bildirilib ki, Nurlan Soltanov indiyədək Maliyyə Nazirliyinin Aparatının Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, “Rəqəmsal Maliyyə Mərkəzi” 2005-ci ildən fəaliyyət göstərən “Məlumat Hesablama Mərkəzi” MMC-nin bazasında yaradılıb. Qurumun nizamnamə kapitalı 6 min manat təşkil edir.

Mərkəz maliyyə informasiya sistemlərinin inkişafı, istismarı, modernləşdirilməsi və fasiləsiz fəaliyyətinin səmərəli təşkil edilməsi, informasiya təhlükəsizliyi üzrə mövcud standartlara uyğun idarəetmə mexanizmlərinin tətbiqi və gücləndirilməsi, əsas və ehtiyat məlumat mərkəzlərinin fasiləsiz işinin təmin olunması, eləcə də maliyyə əməliyyatlarının elektron mühitdə daha çevik və inteqrasiya olunmuş formada idarə edilməsi istiqamətində fəaliyyət göstərir.