Milli Məclisdə payız sessiyasının ilk plenar iclası keçirilir – gündəlikdə 16 məsələ var

Milli Məclisdə payız sessiyasının ilk plenar iclası keçirilir – gündəlikdə 16 məsələ var

Milli Məclisin 2026-cı il payız sessiyası üzrə ilk plenar iclası keçirilir. İclas Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və gündəliyə ümumilikdə 16 məsələ daxil edilib. 

Azmedia.Az xəbər verir ki, Milli Məclisin 2026-cı il payız sessiyası üzrə ilk plenar iclası keçirilir.

BAKU.WS-in Report-a istinadən verdiyi məlumata görə, iclas Milli Məclisin Daxili Nizamnaməsinin tələblərinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Plenar iclasın gündəliyinə 27 sentyabr – Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı daxil edilib.

Bununla yanaşı, parlamentin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı da gündəlikdə yer alıb.

Ümumilikdə plenar iclasın gündəliyində 16 məsələ var. 

İclasa Milli Məclisin spikeri Sahibə Qafarova sədrlik edir.