Yevlaxda ev yandı, yaşlı qadın xilas edildi - VİDEO

Yevlaxda ev yandı, yaşlı qadın xilas edildi -

Yevlaxda ev yanıb, yaşlı qadın xilas edilib.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Havarlı kəndində baş verib.

Belə ki, qısaqapanma nəticəsində 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib. Nəticədə ev yanaraq yararsız hala düşüb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu söndürərək onun digər ərazilərə keçməsinin qarşısını alıblar.

Yanğının ilk anlarında evdə köməksiz vəziyyətdə qalan yaşlı qadın qonşuların köməyi ilə yanan evdən çıxarılaraq xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az