Qarabağda yeni yaşayış məhəlləsi salınacaq – 49,6 milyon manat ayrılır

Qarabağda yeni yaşayış məhəlləsi salınacaq – 49,6 milyon manat ayrılır

Laçın rayonunun Qorçu qəsəbəsində fərdi yaşayış evlərinin inşasını nəzərdə tutan irimiqyaslı layihənin həyata keçirilməsi planlaşdırılır. Layihənin ehtimal olunan dəyəri 49,6 milyon manatdır. 

Azmedia.Az xəbər verir ki, Laçın rayonunun Qorçu qəsəbəsində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı yeni layihəyə başlanılması nəzərdə tutulur.

Layihə Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən həyata keçiriləcək. Layihənin ehtimal olunan dəyərinin 49 milyon 595 min manat təşkil etdiyi bildirilir. 

“Qorçu qəsəbəsinin tikintisi (I mərhələ) – Fərdi yaşayış evləri” layihəsi çərçivəsində ərazidə fərdi yaşayış evlərinin inşası ilə yanaşı, ilkin tikinti və torpaq işlərinin aparılması da planlaşdırılır.

Layihənin icrası nəticəsində Qorçu qəsəbəsində yeni fərdi yaşayış fondunun yaradılması və ərazinin yaşayış üçün hazırlanması istiqamətində işlərin görülməsi nəzərdə tutulur.