Mingəçevirdə avtobus təmizlik işçisini vurdu
Mingəçevirdə avtobus təmizlik işçisini vurub.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib. 7 saylı şəhərarası marşurut üzrə hərəkət edən "Ford" markalı mikroavtobus Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşı Mətləb Hacıyevi vurub. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


