Mingəçevirdə yaşayış binasında yanğın baş verib

Mingəçevirdə yaşayış binasında yanğın baş verib

Mingəçevirdə yaşayış binasında yanğın baş verib.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, yanğın hadisəsi 20 yanvar küçəsi, 23 saylı binanın dördüncü mərtəbəsindəki mənzillərdən birində baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürmə və həkim briqadası cəlb olunub. İlkin məlumata görə mənzil və binada olan şəxslər təhlükəsiz əraziyə çıxarılıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov

Azmedia.Az