Nəvəsinin andiçmə mərasiminə getdi, sonra itkin düşdü – Meyiti tapıldı

Nəvəsinin andiçmə mərasiminə getdi, sonra itkin düşdü – Meyiti tapıldı

Gəncə şəhərində nəvəsinin andiçmə mərasimində iştirak etdikdən sonra itkin düşən şəxsin meyiti tapılıb.

Azmedia.Az xəbər verir ki, noyabrın 8-də Gəncə şəhərində yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimində iştirak edən Mirzəcan Səməd oğlu Hüseynov mərasimdən sonra itkin düşüb.

Məlumata  görə, onun meyiti Göygöl rayonunun Hacıməlik kəndi ərazisindəki boş torpaq sahəsində aşkarlanıb.

İlkin müayinə zamanı mərhumun üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.