Yevlaxda ağır qəza: 2 ölü, 5 yaralı
Yevlaxda ağır yol qəzası olub, ölən və yaralananlar var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Yevlax rayonunun Salahlı kəndi yaxınlığından keçən avtomobil yolunda baş verib. “Mersedes” və “Naz Lifan” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
Yaralananlar 2005-ci il təvəllüdlü Hacızadə Nihat Sabir oğlu, 2009-cu il təvəllüdlü Xurşidov Rza Mürşüd oğlu və 1998-ci il təvəllüdlü Hüseynov Akşin Eldəniz oğludur.
Qeyd edək ki, Akşin Hüseynov bədəninin müxtəlif nahiyələrində sınıqlar olduğu üçün əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


