Müsadirə edilən məşhur istirahət mərkəzinin keçmiş sahibi qəfil VƏFAT ETDİ- FOTO
“Atlant” ailəvi istirahət mərkəzinin keçmiş sahibi Tahir Qədəşov vəfat edib.
Azmedia.Az xəbər verir ki, o, ötən gün dünyasını dəyişib.
Məlumata görə, Tahir Qədəşovun ölümünə səbəb ürək çatışmazlığı olub.
Qeyd edək ki, bir neçə gün əvvəl Nabran qəsəbəsində, dəniz sahilində yerləşən “Atlant” istirahət mərkəzi müsadirə edilib.



