Bakı Olimpiya Stadionu “Sabah”ın 4 oyununa tam hazırdır

Bakı Olimpiya Stadionu “Sabah”ın 4 oyununa tam hazırdır

Bakı Olimpiya Stadionunda qarşıdakı oyunların keçirilməsi üçün hazırlıq işləri davam etdirilir.

Azmedia.Az xəbər verir ki, bunu Bakı Olimpiya Stadionunun İctimaiyyətlə Əlaqələr və Yarışların Təşkili şöbəsinin rəhbəri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, stadionda keçiriləcək oyunlarla bağlı hazırlıq prosesinin son tamamlama işləri görülür.

Qeyd edək ki, “Sabah” FK ev oyunlarından 4-nü Bakı Olimpiya Stadionunda keçirəcək.

Komandanın stadionda keçirəcəyi qarşılaşmaların təqvimi belədir:

13 oktyabr – “Sabah” – “Slaviya Praqa”

20 oktyabr – “Sabah” – “Borussiya Dortmund”

25 noyabr – “Sabah” – “Barselona”

20 yanvar – “Sabah” – “Napoli”

Beləliklə, Bakı Olimpiya Stadionu “Sabah”ın Avropanın tanınmış klubları ilə keçirəcəyi 4 ev oyununa ev sahibliyi edəcək.

Əli Şəyəldiyev

Azmedia.Az