Crescent Mall-da gənclərdən Zəfər Gününə özəl musiqili aksiya – “Zəfər Nəğməsi”- FOTO/VİDEO
Bakıda gənclərin iştirakı ilə keçirilən musiqili aksiya Zəfər Gününün yaratdığı qürur və sevinc hisslərini musiqi vasitəsilə nümayiş etdirib.
Azmedia.Az xəbər verir ki, Crescent Mall-da gənclərin iştirakı ilə baş tutan spontan musiqili aksiya Zəfər Gününün xalqımızda yaratdığı qürur və sevinc hisslərini musiqinin dili ilə ifadə edib.
Aksiya çərçivəsində iştirakçılar tərəfindən səsləndirilən musiqi Vətənə sevgi, milli birlik və Zəfər ruhunu bir daha nümayiş etdirib.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun, Nəsimi Rayon İcra Hakimiyyətinin və PASHA Malls-un dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Bakı Xor Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilib.


