Bakıda qanlı dava – 3 nəfər yaralandı, onlardan ikisi bıçaqlanıb
Bakıda baş verən kütləvi dava nəticəsində üç nəfər xəsarət alıb. Yaralılardan ikisinin bıçaqlandığı, digərinin isə döyüldüyü bildirilir.
Azmedia.Az xəbər verir ki, hadisə Nərimanov rayonunda, Böyükşor ərazisində, Dərnəgül taxta bazarının yaxınlığında qeydə alınıb.
Məlumata görə dava zamanı 1998-ci il təvəllüdlü Sərvan Məsimov, 1996-cı il təvəllüdlü Raqif Rəhimov və 1996-cı il təvəllüdlü Ravin Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Məlumata əsasən, Sərvan Məsimov və Raqif Rəhimov bıçaq xəsarətləri alıb. Ravin Xəlilov isə döyülüb.
Xəsarət alanlardan ikisi Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilən Raqif Rəhimov isə Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə aparılıb.
Hadisə ilə əlaqədar əraziyə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır. Münaqişənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
//teleqraf.az




