ASAN xidmətin qarşısında dəhşətli hadisə: Hamilə qadın bıçaqlanaraq öldürüldü

ASAN xidmətin qarşısında dəhşətli hadisə: Hamilə qadın bıçaqlanaraq öldürüldü

Tovuzda qətlə yetirilən hamilə qadının qətli  ilə bağlı araşdırma aparılır. Bıçaqlanan hamilə qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Azmedia.Az xəbər verir ki, Qafqazinfo-ya istinadən yayılan məlumata görə, hadisə rayon ərazisində yerləşən ASAN xidmət mərkəzinin qarşısında baş verib.

İlkin məlumatlara əsasən, bıçaq xəsarətləri alan qadının hamilə olduğu bildirilir. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Hadisə ilə bağlı hazırda araşdırma aparılır.

Qətlin təfərrüatları barədə əlavə məlumatın veriləcəyi gözlənilir.