Mingəçevirdə qadın keçmiş əri tərəfindən bıçaqlandı

Mingəçevirdə qadın keçmiş əri tərəfindən bıçaqlandı

Mingəçevirdə kişi bağçaya övladını gətirən keçmiş həyat yoldaşını bıçaqlayıb.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə səhər saatlarında 4 saylı uşaq bağçasının ərazisində baş verib.

Belə ki, övladını bağçaya gətirən 1987-ci il təvəllüdlü Həşimova Aygün Həşim qızı keçmiş həyat yoldaşı, 46 yaşlı Qasım Quliyev tərəfindən kəsici alətlə xəsarət alıb.

Yaralı qadın təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisədən sonra Qasım Quliyev könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az