Bakıda 17 yaşlı tələbə qızın müəmmalı ölümü – Meyitini bacısı tapdı-
Bakıda universitet tələbəsinin qəfil vəfat etməsi ilə bağlı hadisə qeydə alınıb. Gənc qızın ölüm səbəbi hələlik məlum deyil.
Azmedia.Az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib.
Universitetin Müalicə-profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxana otağında ölü vəziyyətdə aşkarlanıb.
Məlumata görə, onun meyitini birlikdə yaşadığı bacısı aşkar edib.
Tələbənin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.




