“O, bir rektorun qurbanı oldu” – Nərman Qocatürkün xanımından - ŞOK AÇIQLAMA
Bakı Dövlət Universitetinin dosenti Nərman Süleymanovun (Qocatürk) qəfil vəfatından sonra həyat yoldaşı, tanınmış jurnalist Şərəf Cəlili diqqətçəkən açıqlama ilə çıxış edib. O, həyat yoldaşının bir rektorun qurbanı olduğunu bildirib.
Azmedia.Az xəbər verir ki, Şərəf Cəlili açıqlamasında həyat yoldaşı Nərman Süleymanovun (Qocatürk) vəfatı ilə bağlı yayılan məlumatı təsdiqləyib.
Jurnalist açıqlamasında bu sözləri deyib:
“İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”.
Qeyd edək ki, bir müddət əvvəl Nərman Süleymanov barəsində xoşagəlməz məzmunlu iddialar səsləndirilmişdi. Həmin iddialar ictimai müzakirələrə səbəb olmuşdu.
Maraqlısı odur ki, dosentin meyitinin aşkarlandığı gün Elçin Babayev bu gün Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Bu da ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Şərəf Cəlilinin açıqlamasında səsləndirdiyi fikirlərin konkret olaraq hansı hadisələrə və ya qərarlara aid olduğu isə hələlik ətraflı izah edilməyib.
//kult.az

