AQTA sədri: Özəl bağçaların əksəriyyətində qida təhlükəsizliyi tələbləri pozulub
AQTA sədri bildirib ki, özəl uşaq bağçalarında qidalanma ilə bağlı vəziyyət qənaətbəxş deyil.
Azmedia.Az xəbər verir ki, yoxlanılan 107 müəssisənin 88-də istifadə müddəti bitmiş məhsullar, saxtalaşdırılmış qidalar, saxlanma qaydalarının pozulması və sanitar-gigiyenik çatışmazlıqlar aşkarlanıb.
O, bağça rəhbərlərini uşaqların sağlam qidalanmasına məsuliyyətlə yanaşmağa çağıraraq, qanun pozuntularına qarşı ciddi tədbirlər görüləcəyini vurğulayıb.


